İnternet axtarışı cəmi bir neçə saniyə çəkir, alqoritmimiz yüz milyonlarla vebsaytı yoxlamaq və mətnin başqa dildən tərcümə olunduğu və ya məzmunu əhəmiyyətli dərəcədə dəyişdirildiyi halda belə oxşarlıqlar tapmaq imkanı yaradır.
StrikePlagiarism.com bir neçə mənbədə oxşarlıqları axtarmaq üçün çoxfunksiyalı alqoritmdən istifadə edir. Biz əsas diqqəti müxtəlif məlumatlar bazalarında oxşarlıqların axtarışına veririk. Şirkət tərəfindən İnternetdə (açıq mənbələrdə), müştərinin məlumatlar bazasında, məlumatlar bazaları arasında və RefBooks elmi məlumatlar bazasında oxşarlıqların axtarış mexanizmi hazırlanıb.
Elmi işlərin plagiat olub-olmadığını yoxlamaq üçün elmi məlumatlar bazalarında təhlil tələb olunur, bunun üçün biz RefBooks adlı xüsusi elmi baza yaratmışıq. Baza daim yenilənir və hal-hazırda bura 200 milyondan çox sənəd daxildir. Bu bazaya Scopus və Web of Science-da məqalələrini dərc edən aparıcı elmi jurnalların 100-dən çox dildə elmi dissertasiyaları, monoqrafiyaları, nəşrləri, dərslikləri daxildir. Bu da sistemimizi elmi məzmun və oxşarlıq axtarışının effektivliyi baxımından unikal edir.
Eyni zamanda, biz tərəfdaşlarımıza öz məlumatlar bazaları daxilində (müştərinin hesabına yüklənilibsə) və mətnin məzmununa daxil olmaq və şəxsi məlumatları əks etdirmək imkanı olmadan tərəfdaşların məlumatlar bazaları arasında yoxlamaq imkanı yaratmışıq. Məlumatlar bazasına yüklənən bütün sənədlər biz tərəfdən ciddi şəkildə GDPR-ə uyğun idarə olunur, şifrələnir və Aİ-də (Almaniya, Fransa) saxlanılır. Müqayisəli təhlil üçün mövcud olan müştərilərin məlumatlar bazalarına tələbə işləri, referatlar, nəşrlər, kurs işləri və digər növ sənədlər daxildir.