Şifrəni unutmusunuzsa, "Şifrəni unutmusunuz?" düyməsini seçin. Strikeplagiarism.com hesabınız üçün giriş kimi istifadə etdiyiniz e-poçt ünvanını daxil edin və “Şifrəni sıfırla” düyməsini basın. Sistem avtomatik olaraq yeni şifrə əldə etmək üçün keçiddən ibarət e-poçt məktubu yaradacaq.
Sistemdən API vasitəsilə istifadə etmək üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur. Korporativ hesab yaradaraq API açarı təqdim edəcəyik. Sistemimizdən Moodle və ya digər LMS vasitəsilə istifadə etmək istəyirsinizsə, zəhmət olmasa, bizimlə əlaqə saxlayın və biz sizə yardımçı olacağıq. Moodle üçün Siz öncədən moodle.org saytından plaqinimizi yükləməlisiniz, daha sonra biz API açarını yaradıb Sizə konfiqurasiyada köməklik edəcəyik.
İstifadəçi hesabında sənədi yoxlamaya yükləyərkən "Tərcümə olunmuş oxşarlığı axtarın" seçimini tapa bilərsiniz. Digər dillərdən tərcümə edilmiş mətndə oxşarlıq aşkar etmək üçün bu funksiyadan istifadə edə bilərsiniz. Sistemdə 100-dən çox dil birləşmələri mövcuddur.
Bu funksiyadan istifadə etmək üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur, funksiyanı aktiv edəcəyik. Unutmayın ki, tərcümə edilmiş mətn orijinal mətn deyil və aşkar edilən oxşarlıqlar çox diqqətlə təhlil olunmalıdır.
Oxşarlıq Hesabatını təhlil edərkən unutmayın ki:
Strikeplagiarism.com Oxşarlıq Hesabatı yalnız qiymətləndirmə vasitəsidir. Sistem digər sənədlərlə oxşarlıqları mexaniki olaraq aşkar edir və sitatların və annotasiyaların düzgün qeyd olunmasını təmin etmək üçün səlahiyyətli şəxs tərəfindən təhlil ediləcək nəticə çıxarır. Oxşarlıq əmsalı müəllif hüquqlarının pozulması hesab edilə bilməz. Strikeplagiarism.com sistemi ilk olaraq hansı sənədin yaradıldığını təhlil etmir. Daha öncə indeksləşdirilən və Sistemə göndərilən sənəd mənbə hesab edilmir, lakin oxşar fraqment kimi qəbul edilə bilər. Buna görə də, hansı faylın orijinal, hansının surət olduğuna qərar verərkən Oxşarlıq Hesabatı nəzərə alına bilməz. Sistem tərəfindən istifadə edilən oxşarlıqların aşkarlanması üsulları bəzən xüsusi terminologiya ilə ümumi istifadə edilən və ya standartlaşdırılmış ifadələri şübhəli plagiat kimi qeyd edir.
Fərqli rənglər müxtəlif mənbələr deməkdir. Oxşarlıq Hesabatı haqqında ətraflı məlumatı Təlimatda tapa bilərsiniz.
Plagiat.pl saytında qeydiyyatdan keçmiş hesabınızı silmək üçün, zəhmət olmasa, istifadəçi hesabınızda "İstifadəçi məlumatlarını redaktə et" bölməsində mövcud olan "Sil" düyməsindən istifadə edin.
Yazılı şəkildə də müraciət oluna bilər. Bunun üçün hesabı silmək niyyətini təsdiq edən məktubu elektron poçt vasitəsi ilə officebaku@strikeplagiarism.com ünvanına göndərin. Məktub istifadəçinin hesabında "Yardım" bölməsində mövcud olan formadan göndərilməlidir. Başqa kanal vasitəsilə mesaj göndərsəniz, Müştəri Xidmətləri Departamenti yoxlama məqsədilə hesabınızdan mesaj göndərməyinizi xahiş edə bilər.
Bəli! Sistemimiz Azərbaycan, Rus, Türk, Alman, İspan, Portuqal, İtalyan, Fransız, Norveç, İsveç, Holland, Ərəb, İvrit, Yunan, Vyetnam, Filippin, İndoneziya, Hindu, Ukrayna, Bolqar, Rumın və digər dilləri tanıyır.