StrikePlagiarism.com nə ilə fərqlənir?

İnternetdə açıq mənbələrdə axtarış

Sistemimiz açıq mənbələrdə yerləşdirilən milyonlarla sənəd arasında oxşarlıqlar axtarır. Sistem 200-dən çox dili tanıyır və Google, Yandex, Bing və digər qlobal axtarış portallar tərəfindən indeksləşdirilmiş resurslara çıxış əldə edir.

Universitet
və nəşriyyat evlərinin məlumatlar bazalarında axtarış

StrikePlagiarism.com-da mövcud olan məlumatlar bazasına 2002-ci ildən bəri elmi və tələbə işləri daxildir. StrikePlagiarism.com bir çox dillərdə, o cümlədən İngilis, Alman, İspan, Portuqal, Rus, Çex, Slovak, Polyak, Rumın, Ərəb, Çin, Gürcü, Bolqar, Azərbaycan, Ukrayna, Xorvat, Türk, İtalyan, Fransız, Holland, İsveç, Litva, Latış, Vyetnam, Filippin, Malay və s. dillərində yazılan geniş məlumatlar bazasına malikdir. Daxili məlumatlar bazası və fərdi məlumatlar GDPR-ə uyğun olaraq qorunur, şirkətimizin serveri Aİ-də yerləşir.

RefBooks məlumatlar bazasında axtarış

RefBooks Plagiat.pl şirkətinə məxsus İngilis, Fransız, Portuqal, Alman, İspan, Türk, Ərəb, Rus, Ukrayna, Qazax dilləri daxil olmaqla 30-dan çox dildə milyonlarla dissertasiya, nəşr, tələbə işləri, elmi jurnallar və digər növ sənədlər daxil olan elmi bazadır. Bu məlumatlar bazasına, həmçinin, Scopus, Web of Science, Springer, EBSCO-da dərc edilmiş sənədlər daxildir. RefBooks məlumatlar bazası universitet, nəşriyyat evləri və digər müəssisələr tərəfindən plagiat təhlili üçün istifadə olunur.

Digər sistemlərlə uyğunluq

Sistemimiz SaaS-ə əsaslanır. Sistemdə Moodle plaqinləri mövcuddur (3.3-3.11). Moodle plaginimiz kifayət qədər inkişaf etdirilib və yalnız tapşırıqları deyil, həmçinin, testləri də nəzərdən keçirməyə imkan verir. Moodle plaqini qrup tapşırıqları və çarpaz yoxlama funksiyası yaratmaq imkanına malikdir.
StrikePlagiarism.com, həmçinin,
LTI 1.3 vasitəsilə Canvas və Brightspace ilə inteqrasiya olunub.
İnteqrasiya bir çox funksiyaya malikdir, onlardan biri məlumatın həm Report, həm də SpeedGrader-dən Canvas istifadəçi hesabına ötürülməsidir.
Bundan əlavə, sistem həm xarici sistem, həm də LMS ilə inteqrasiyanın müxtəlif formalarına imkan verən hərtərəfli API-yə malikdir. API yalnız sənədlərin göndərilməsinə və hesabatların qəbuluna deyil, həmçinin, hesabı idarə etməyə imkan verir.

Parafrazların yoxlanılması

Sistem mətn fraqmentləri üzərində manipulyasiyaları aşağıdakı formada tanıyır:
- söz sırasının dəyişdirilməsi
- sözlərin əlavə edilməsi və ya çıxarılması;
- sözlərin sinonimlərlə əvəzlənməsi;
- tərcümə edilməsi.

Nəticədə sistem “dəyişdirilmiş” fraqmentlərin altından xətt çəkəcək və bu fraqmentləri xüsusilə vurğulayacaq.
Bu funksiya fraqmentin düzgün ifadə edilib-edilmədiyini və hətta sistemdən yan keçmək və köçürülmüş fraqmenti qəsdən gizlətmək cəhdi olub-olmadığını aydınlaşdırmaq üçün nəzərdə tutulub.

Tərcümə edilmiş mətndə oxşarlıqların axtarışı

Tərcümə plagiatının axtarış alqoritmi tərcümə edilmiş mətndə oxşarlıqları aşkar etməyə imkan verir. Sistem İngilis, İspan, Alman, Fransız, Ərəb və hətta Çin də daxil olmaqla 100-dən çox dili dəstəkləyir. Sənədi sistemə yüklədikdən sonra lazım olan kombinasiyanı seçə bilərsiniz, bundan sonra sistem tərcümə edilmiş mətndə hansı fraqmentlərin oxşar olduğunu göstərəcək.

Sistemin funksionallığının üstünlükləri

1

Çoxdillilik və fırıldaqdan qorunma

StrikePlagiarism.com antiplagiat sistemi 200-dən çox dili tanıyır. Alqoritm müxtəlif növ mətn manipulyasiyalarının qarşısını almaq üçün çalışır: Parafrazlar, İntervallar, Mikroboşluqlar, Ağ işarələr, Oxşar hərflərin başqa əlifbadan olan hərflərlə dəyişdirilməsi. Bütün manipulyasiya cəhdləri Oxşarlıq Hesabatında göstərilir. Alqoritm bütün dillərdə parafrazları tuta bilir.

2

Təşkilati quruluş

Müxtəlif növdə antiplagiat sistemləri mövcuddur. Onların əksəriyyəti akademik mühit üçün nəzərdə tutulmayıb. Onlar fərdi yoxlama üçün daha uyğundur. Akademik antiplagiat sisteminin xüsusiyyətləri bunlardır: müxtəlif növ istifadəçilər üçün müxtəlif hesab növləri, misal üçün, Tələbə, Koordinator, Admin və s., həmçinin, məxfilik səviyyəsi. Antiplagiat sistemi akademik prosesi təkmilləşdirməli və ona mükəmməl uyğunlaşmalıdır.

3

Əlaqə sistemi

Oxşarlıq Hesabatında şərhlərinizi qeyd edin, hesabatı tələbənizə göndərin, tələbə və ya rəyçi ilə paylaşın, tələbələrin qeyd etdiyi şərhləri nəzərdən keçirin və s.

4

Statistika

Statistik məlumatların toplanmasının yenilənmiş alqoritmi eyni sənədin neçə dəfə yoxlanıldığını, hər bir şöbə və müəllif üzrə alınmaların həcmini, istifadə olunan sənədlərin sayını (və ümumilikdə müqaviləni) göstərir. Seçilmiş meyarlara əsasən faizlə alınmaların həcmi göstərilir. Hesabatlar StrikePlagiarism komandası ilə əlaqə yaratmadan korporativ (universitet) hesabların Adminləri tərəfindən asanlıqla yaradıla bilər.

5

Məxfilik

Bütün fərdi məlumatlar GDPR-ə uyğun olaraq işlənilir, bu o deməkdir ki, fərdi məlumatlar kodlaşdırılaraq AB ərazisində saxlanılır.  Bütün fərdi məlumatlar müqavilənin müddəti bitdikdən sonra, fərdi hesab olduqda isə istifadəçinin tələbi ilə məlumatlar bazasından dərhal silinir və bərpa edilə bilməz, Şirkətimizin serverləri yalnız Aİ-də yerləşir.

6

LMS olmasa belə, antiplagiat sistemindən istifadə edin

StrikePlagiarism.com interfeysə və funksionallığa malikdir. LMS (Moodle, Canvas, Blackboard və s.yoxdursa və qənaət etmək istəyirsinizsə, LMS ilə inteqrasiyaya ehtiyac olmayacaq. Sistemimizin interfeysi LMS-i əvəz etmək və yoxlama prosesini istənilən akademik və korporativ proseslər üçün rahat etmək üçün nəzərdə tutulmuşdur.

7

SmartMarks linqvistik alqoritminə əsaslanan yoxlama

Mətnin cümlələri arasındakı əlaqənin xüsusiyyətini, ayrı-ayrılıqda mətnin və sözlərin tərkibinin tanınması üçün yeni sistem alqoritmini hazırladıq, bu isə yalnız sözlərin dəyişdirilməsini deyil, həmçinin, sözlərin sinonimlərlə əvəzlənməsini aşkar edərək mənaca oxşarlıqları tapmağa imkan verir! Sistem dəyişdirilmiş sözlərin altından xətt çəkir və açılan pəncərə vasitəsilə sözün və ya ifadənin redaktədən əvvəl necə göründüyünü göstərir.

8

Qiymətləndirmə

Tələbələriniz üçün qruplar və tapşırıqlar yaradın. Tələbələri bir neçə sadə addımla tapşırığa əlavə edin. Əlavə edilmiş və yoxlanılmış sənədlər, həmçinin, tapşırıqlar üçün müəyyən edilmiş son tarixlər barədə bildirişlər alın.

məxfilik siyasətimizi qəbul edirsiniz.">